Simsar.az | bizi özünüzə Simsar bilin
UEFA "FƏNƏRBAXÇA"NI 8 İLLİK CƏZALANDIRA BİLƏRDİ

Mehmet Əli Aydınlar: "Biz cəza verməsəydik, UEFA "Fənərbaxça"nı 8 illik cəzalandıra bilərdi"

Türkiyə Futbol Federasiyası başqanı Mehmet Əli Aydınlar qurumun “Fənərbaxça” klubu UEFA Çempionlar Liqasına qatılmaqdan kənarlaşdırması barədə qərarı haqqında fikirlərini «Habertürk» kanalında yayımlanan «Təkətək» proqramında Fatih Altaylıya bölüşüb.

Aydınlar "əgər biz bu qərarı verməsəydik, UEFA daha sərt qərar verəcəkdi. Bizim qərarımızla "Fənərbaxça" 1 ilini itirib, UEFA-nın qərarı ilə isə 8 illik cəza ala bilərdi. "Beşiktaş"ın Türkiyə kubokunu qaytarması barədə qərar UEFA-ya müsbət təsir etdi. "Fənərbaxça"ya da analoji addımlar atmasını, UEFA ilə görüşməsini təklif etdik, lakin bunu etmədilər", deyə bildirib.

25 Avqust, 2011  16:04 Baxılıb: 922

Bu bölmədə