Simsar.az | bizi özünüzə Simsar bilin
“FƏNƏRBAXÇA” BARƏDƏ ŞOK QƏRAR-EKSKLÜZİV

Komanda Çempionlar Liqasına buraxılmadı 

Bir neçə dəqiqə öncə Türkiyənin futbol ictimaiyyəti şok qərar eşidib. “Fənərbaxça” klubunun əleyhinə çıxarılan bu qərar azərkeşləri ayağa qaldırıb. Uzun sürən müzakirələrdən sonra Türkiyə Futbol Federasiyası “Fənərbaxça”-nın 2011-2012-ci il Çempionlar Liqasından uzaqlaşdırılması barədə qərar verib. 
Xatırladaq ki, bir müddət öncə Türkiyə futbolunda oyun alqı-satqılarında günahlandırılan bir neçə məşhur isimlə istintaqa cəlb olunub ki, onlardan bəziləri barədə həbs qəti imkan tədbiri seçilib.
Həbsdə olanlar arasında “Fənərbaxça” klubunun prezidenti Aziz Yıldırım da var. A.Yıldırım 15 oyunun satılmasında ittiham olunur.
Anar

25 Avqust, 2011  02:27 Baxılıb: 1341

Bu bölmədə