Simsar.az | bizi özünüzə Simsar bilin
DİN-dən qəza məlumatı

18 nəfər yaralanıb

Daxili İşlər Nazirliyi avqustun 23-də Bakıda iki sərnişin avtobusunun toqquşması ilə bağlı məlumat yayıb.


Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də saat 10.00 radələrində Binəqədi rayonu ərazisində, Bakı şəhər sakini Zahid Əliyevin idarə etdiyi “Otoyol” markalı və Şamaxı rayon sakini Rahim Gülalıyevin idarə etdiyi “Otoyol” markalı şəhərdaxili sərnişin avtobusları toqquşub.

Nəticədə xəsarət almış hər 2 sürücü və 16 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Sərnişinlərə tibbi yardım göstərildikdən sonra buraxılıb, sürücülərin vəziyyətləri isə qənaətbəxşdir.

24 Avqust, 2011  20:04 Baxılıb: 908

Bu bölmədə