Simsar.az | bizi özünüzə Simsar bilin
TRİPOLİDƏ QIZĞIN DÖYÜŞLƏR HƏLƏ DƏ DAVAM EDİR

Liviya paytaxtında Qəddafi tərəfdarları ilə üsyançılar arasında qızğın döyüşlər davam edir

Liviya paytaxtında Müəmmər Qəddafinin qərargahı müxalifət qüvvələri tərəfindən ələ keçirilib. Buna baxmayaraq Qəddafi tərəfdarları təslim olmayıb və tərəflər aradında hələ də döyüşlər gedir. Liviya lideri xalqa ünvanladığı audiomüraciətdə təslim olmayacağını və mübarizəni sonadək davam etdirəcəyini bildirib.
Bu arada xarici jurnalistlərin qaldığı “Rixos Hotel” Qəddafi tərəfdarları tərəfindən tutulub. Hotelin damında mövqe tutan snayperlər üsyançılara atəş açmağa başlayıb. Hoteldə 35-ə yaxın xarici jurnalistin olduğu bildirilir.

24 Avqust, 2011  19:36 Baxılıb: 902

Bu bölmədə