Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan yığması yenə gerilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Simsar.az-ın məlumatına görə, yığmamız ötən ayla müqayisədə 1 pillə geriləyib. 

Hazırda millimiz 272 xalla 112-ci pillədə qərarlaşıb. Geriləmədə avqustun 10-da Bakıda Makedoniyaya 0:1 hesablı məğlubiyyət də təsirsiz ötüşməyib.

Komandamızın 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərinə gəldikdə, Almaniya 1330 xalla 3-cü, Türkiyə 811 xalla 24-cü, Belçika 675 xalla 37-ci, Qazaxıstan 227 xalla 126-cı pillədə qalıb. 472 xala malik Avstriya 2 pillə geriləyərək, 68-ci yerə düşüb.

İlk “10-luğ”a gəldikdə, lider dəyişikliyi baş verib. 1596 xal yığan Hollandiya 1563 xalı olan İspaniyanı “taxtdan salıb”. 2 pillə yüksələn İngiltərə 1177 xalla 4-cü yerdəki 1156 xalı olan Braziliya ilə mövqeyini dəyişib. Uruqvay 1174 xalla 5-ci pillədə qalıb. Eyni zamanda İtaliya (1110 xal) ilə Portuqaliya (1060 xal), Argentina (1017 xal) ilə Xorvatiya (1009 xal) yerini dəyişib.

Növbəti reytinq cədvəli sentyabrın 21-də açıqlanacaq.

24 Avqust, 2011  19:12 Baxılıb: 954

Bu bölmədə