Simsar.az | bizi özünüzə Simsar bilin
Bayılda yaşayanalar arxayın ola bilər

Sürüşmə zonasında heç bir aktivləşmə müşahidə olunmayıb

Simsar.az-ın məlumatına görə, avqustun 23-dən etibarən ərazidən keçən yolda minik avtomobillərinin hərəkəti bərpa olunsa da bu gündən gediş-gəliş yenidən məhdudlaşdırılıb. Ərazidə qoyulmuş mayaklarda çatlar əmələ gəldiyi bildirilir. 

Bu barədə Lent.az-a açıqlama verən Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov bildirib ki, onlarda bu gün səhərə olan son məlumata görə, bölgədə heç bir aktivləşmə müşahidə olunmayıb: “Biz hər gün səhər Bayıldakı son durumla bağlı məlumatlandırılırıq. Əraziyə nəzarət edən polis və yanğından mühafizə idarəsinin icra hakimiyyətinə verdiyi məlumata görə, son iki gündə yağışlardan sonra Bayılda yeni bir aktivləşmə qeydə alınmayıb”.

İ. Kərimov deyib ki, bölgədəki sürüşmə prosesi Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifovun rəhbərliyi ilə araşdırılır: “Bayıldakı sürüşmə baş verən yerlərə mayak qoyulub və onlar izlənilir. Yeni bir aktivləşmə prosesi qeydə alınsa, bununla bağlı məlumat alardıq”.

24 Avqust, 2011  18:10 Baxılıb: 893

Bu bölmədə