Simsar.az | bizi özünüzə Simsar bilin
CƏNUB BÖLGƏSİNƏ GÜCLÜ YAĞINTI DÜŞÜB

Leysan yağışların sabaha kimi davam edəcəyi bildirilir

Avqustun 23-dən 24-ə keçən gecədən başlayaraq ölkənin cənub bölgəsinə leysan yağmağa başlayıb. Yerli icra strukturlarından verilən məlumata görə, yağan yağışlar rayonlarda heç bir problem yaratmayıb. Lənkəran-Lerik və Masallı-Yardımlı şose yolları hazırda işlək vəziyyətdədir. Çaylarda və kanallarda sululuğun səviyyəsi nisbətən artsa da, sel təhlükəsi yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran regional hidrometeoroloji hissəsinin rəis əvəzi İdris Höccətov leysan yağışların sabaha kimi davam edəcəyini bildirib.

24 Avqust, 2011  16:15 Baxılıb: 1111

Bu bölmədə