Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafinin ölüm şəkilləri yayıldı

Amma onun sağ olduğunu iddia edənlər də var

Bu gün günün ikinci yarısında Liviya lideri Müəmmar Qəddafinin üsyançılar tərəfindən öldürülməsi ilə bağlı məlumat yayıldı.

Simsar.az-ın məlumatına görə, əsasən ərəb ölkələrinin internet saytlarında yayılan məlumatlarda onun qərargahının bombalanması zamanı öldürüldüyü bildirilir. Hətta onun meyitinin fotoşəkilləri də yayılıb. Amma bu xəbər həqiqət hesab olunmaya bilər.

Belə ki, Qəddafinin meüyitinin fotoşəkilləri əslində reallığı əks etdirmir. Bu Photoshor-da hazırlanmış bir fotodur. Əslində foto Üsəma Bin ladenə məxsus olan şəkildir. Sadəcə həmin şəkil montaj edilərək Bin Ladenin yerinə Qəddafinin başı yerləşdirilib. Müqayisə üçün hər iki fotonu təqdim edirik. Bu qədər oxşarlıq mümkündürmü?

24 Avqust, 2011  15:32 Baxılıb: 5177

Bu bölmədə