Simsar.az | bizi özünüzə Simsar bilin
Bir qəzanın mətbuatda yüz cür təqdimatı

Akademikin nəvəsinin ölümünə səbəb olan hadisə barədə dəqiq xəbər Simsar.az-da

Dünən günün sonunda Bakının mərkəzidə, Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində baş vermiş ağır yol qəzası barədə fərqli xəbərlər yayılmaqdadır.

Rəsmi məlumatda qeyd olunur ki, toqquşan maşınlardan biri yanmağa başlayıb. Şəmsi Bədəlbəyli küçəsi ilə yüksək sürətlə hərəkət edən “Mercedes S-class” markalı avtomobil işıqforun qırmızı işığında keçib və başqa bir “Mercedes”lə toqquşub. Yol hərəkəti qaydasını pozan maşın güclü toqquşma nəticəsində kənara sıçrayıb və VAZ-21015 markalı avtomobilə dəyib. Bu, güclü yanğına səbəb olub. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Başqa bir məlumatda isə bildirlir ki, qəza zamanı "Hyundai" markalı avtomobilin 24 yaşlı sürücüsü Babək Nəbiyev dünyasını dəyişib. "Mercedes"in sükanı arxasında olan şəxs isə hadisə yerindən qaçıb.

Yol qəzasını törədən "Mercedes S-klass" markalı avtomobil qadına məxsus olsa da, sükan arxasında kişi olub.

Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Babək Nəbiyev akademik Bəkir Nəbiyevin nəvəsidir. Mərhum Mədəniyyət və Turizm Nazirliyinin işçisi olub.

Digər məlumatda isə avtomobillərdən birinin dayanacağa tərəf aşdığı, lakin bu zaman piyadalara hər hansə xəsarət yetirilmədiyi qeyd olunur.

Simsar.az-a daxil olan məlumatda isə qəza zamanı dünyasını dəyişənlərin ən azı iki nəfər olduğu bildirilir.

Toqquşan “Mercedeslər”dən birinin zərbə ilə dayanacaqdakı piyadaya dəydiyi qeyd olunur. Zərbədən tanınmaz hala düşən piyada yerindəcə keçinib.

RAMİL

23 Avqust, 2011  20:58 Baxılıb: 1186

Bu bölmədə