Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyə yenə şəhid verdi

Türkiyədən yenə şəhid xəbəri gəlib.

Simsar.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Diyarbəkirin Ergani rayonunun Degirmendere kəndində hərbi posta bir qrup PKK terrorçusu hücum edib. 

Hərbi post qumbaraatan və avtomat silahlardan atəşə tutulub. 1 əsgər şəhid olub, 4 əsgər yaralanıb. Əsgərlər cavab atəşi açıblar. 15 dəqiqə davam edən atışmadan sonra terrorçular dağlıq əraziyə doğru qaçıblar.

23 Avqust, 2011  19:26 Baxılıb: 951

Bu bölmədə