Simsar.az | bizi özünüzə Simsar bilin
İranda daha bir azərbaycanlı həbs edildi

Məhsa Mehdilini evindən aparıblar

Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan urmiyalı fəal Məhsa Mehdili tutulub. “Media forum” saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin əməkdaşları Məhsa Medilini iyulun 21-də atasının mənzilindən aparıblar.

Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı və hazırda harada saxlandığı bilinmir.

23 Avqust, 2011  17:53 Baxılıb: 966

Bu bölmədə