Simsar.az | bizi özünüzə Simsar bilin
Liftdə bədbəxt hadisə

Bakıda yaşayış binasında lift 7-ci mərtəbədən şaxtaya düşüb, ölən var

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün rayon ərazisində yerləşən 9 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Zəkiyeva Mehriban Qurban qızı binanın 7-ci mərtəbəsindən liftin şaxtasına düşərək ölüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağırılıb. Xilasedicilər binanın zirzəmisindən şaxtaya daxil olaraq M. Zəkiyevanın cəsədini çıxaraq aidiyyəti üzrə təhvil veriblər.

22 Avqust, 2011  21:30 Baxılıb: 1139

Bu bölmədə