Simsar.az | bizi özünüzə Simsar bilin
Milli ordunun zabiti yaralanıb

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun zabiti yaralanıb. Bu barədə hərbi mənbədən məlumat verilib.
Məlumata görə, ermənilərin Füzuli rayonu istiqamətində açdığı atəş nəticəsində leytenant Abdıyev Akif Şakir oğlu xəsarət alıb. Zabit hospitala yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumatı təsdiqləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 21-də saat 20:00-dan 20:15-dək və 23:45-dən 00:00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri avtomat və pulemyotlardan atəşə tutulub./trend

22 Avqust, 2011  16:21 Baxılıb: 896

Bu bölmədə