Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ-IN BİR ŞƏHƏRİNİ SEL APARIR

Leysan yağışlar Avqustun Pensilvaniya ştatının Pittsburq şəhərində sel fəlakətinin yaşanmasına səbəb olub.

Şəhərin bir sıra rayonlarında suyun hündürlüyü 2 metrə çatıb.

8 min 400 nəfər elektrik enerjisindən məhrum olub. Şəhər xəstəxanası və universitetə də elektrik enerjisinin verilməsi dayandırılıb. Xilasedicilər sel sularının əhatəsində qalan avtomobillərin üzərinə çıxan insanları xilas etməyə çalışırlar.

Bir qadın və iki uşağın artıq öldüyü dəqiqləşib. 70 yaşlı bir qadın isə itkin düşmüş sayılır.

20 Avqust, 2011  19:05 Baxılıb: 962

Bu bölmədə