Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilər Ağdam istiqamətində atəşkəsi pozublar

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 19-da saat 09.55-dən 10.00-dək və 22.50-dən 23.10-dək Ağdam rayonunun Şuraabad və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

20 Avqust, 2011  15:09 Baxılıb: 939

Bu bölmədə