DAHA BİR HƏRBİ KOMİSSAR MÜAVİNİ HƏBS EDİLDİ
Azərbaycanda daha bir komissarlıq işçisi həbs olunub. Bu barədə hüquq-mühafizə orqanlarından bildirilib. Respublika Hərbi Prokurorluğu 3 aydan artıq Lənkəran Rayon Hərbi Komissarlığında yoxlamalar aparıb. Aparılan yoxlamalar bu ay başa çatıb və komissarlıqda ciddi korrupsiya faktları aşkarlanıb. Yoxlamaların nəticəsi olaraq Lənkəran rayon hərbi komissarının müavini olmuş, bir neçə ay əvvəl təqaüdə göndərilən polkovnik-leytenant Hüseyn İbrahimov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.2.3-cü (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
20 Avqust, 2011 00:35 ⁄ Baxılıb: 981
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |