Simsar.az | bizi özünüzə Simsar bilin
YAP-dan partiyalara tələb

"Qəzetlərdə çıxış etməkdən başqa hər hansı lazımi funksiyanı həyata keçirmirlər"

Azərbaycanda "Siyasi partiyalar haqqında" yeni qanun layihəsində nəzərdə tutulur ki, dövlət büdcəsindən maliyyələşmə zamanı partiyaların qarışısında bu qanunun tələblərinə uyğun fəaliyyətlə bağlı vəzifələr qoyulsun. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.


"Bu gün ölkədə 50-dən çox partiya qeydiyyatdan keçib, ümumilikdə isə 100-ə qədər partiya fəaliyyət göstərir. Ancaq təəssüflər olsun ki, onların böyük əksəriyyəti öz qarşısına qoyduğu məqsədlə fəaliyyət göstərmir, sırf qəzetlərdə və ya bəyanatlarla çıxış etməkdən başqa hər hansı lazımi funksiyanı həyata keçirmir", - Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycanda partiyaları təsnifata bölsək, YAP-ı çıxmaq şərtilə, digər partiyaların fəaliyyət istiqamətində yenilik lazımdır. "Təbii ki, bu partyaların öz tərkiblərinə baxmağa, öz tərkiblərində islahatlar aparmağa, sırf partiya işi ilə məşğul olmağa ehtiyac duyulur", - millət vəkili bildirib.

O qeyd edib ki, Avropa İttifaqına daxil olan ölkələrin bəzilərində iki il ərzində ciddi fəaliyyəti olmayan, hər hansı seçkilərdə iştirak etməyən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir. "Hesab edirəm ki, Azərbaycanda da siyasi partiyalar qarşılarına qoyduqları partiya fəaliyyəti ilə məşğul olmalıdır", - o deyib.

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırda rəy verilməsi üçün Venesiya Komissiyasında baxılır. Qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.

8 Avqust, 2011  19:29 Baxılıb: 989

Bu bölmədə