Simsar.az | bizi özünüzə Simsar bilin
NATOAVİASİTASI LİVİYANI İŞIQSIZ QOYDU

Zliten və Bir-Qanem şəhərləri ətrafında döyüşlər isə davam edir

NATO-nun hərbi hava qüvvələri Liviyanın enerji sistemi obyektlərinə aviazərbələr endirib. Liviyanın rəsmi mənbələrinin məlumatına görə bir sıra rayonlar işıqsız qalıb. Rəsmi Tripoli həmçinin NATO-nun aviazərbələri nəticəsində təkcə paytaxt Tripolidə deyil, Zliten şəhərində də yeni itkilərin olduğunu xəbər verib.

Zliten və Bir-Qanem şəhərləri ətrafında Liviyalı üsyançılarla hökumət qüvvələri arasında döyüşlər isə davam edir. Hər iki şəhər üsyançıların paytaxt Tripoliyə yaxınlaşması üçün strateji əhəmiyyətə malikdir. Liviyalı üsçyançıların nümayəndəsi Əhməd Bani Tripolidən cəmi 60 kilometr aralıda olduqlarını və döyüşlərdə uğur əldə etdiklərini deyib.

Liviy anın baş naziri əl Bağdadi əl-Mahmudi isə jurnalistlərə müsahibəsində bildirib ki, NATO-nun davamlı aviazərbələri nəticəsində üsyançılar son 2 gündə hər iki şəhərə daxil olsa da, bir neçə saat ərzində oradan sıxışdırılıb çıxarılıb.

8 Avqust, 2011  17:45 Baxılıb: 975

Bu bölmədə