Simsar.az | bizi özünüzə Simsar bilin
Kılıcdaroğlu Suriyaya hərbi müdaxiləyə qarşı çıxdı

"Türkiyə hərbi müdaxilədə üzərinə rol göturməməlidi"

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu baş nazir Rəcəb Tayyip Ərdoğana xəbərdarlıq edib.

Simsar.az-ın “Hürriyyət”ə istinadən verdiyi xəbərə görə, K.Kılıçdaroğlu "Suriya ilə bağlı məsələdə səbrimiz tükəndi” deyən və xarici işlər naziri Əhməd Davudoğlunun Suriyaya gedəcəyini açıqlayan baş nazir Ərdoğana "Suriyaya istiqamətində aparılacak hərbi əməliyyatlara Türkiyəni qatma!” deyə xəbərdarlıq edib.

“Hürriyyət”ə açıqlama verən Kılıçdaroğlu deyib: "Türkiyəni Suriyaya qarşı müdaxilədə fəal rol oynamağa məcbur edəcəklər. Əgər bir ölkənin baş naziri cıxıb “Səbrimiz tükəndi” sözünü deyirsə, bunun davamı hərbi müdaxilədir. Nəyi səbəb göstərərək hərbi müdaxilə edəcəksiniz? Xarici siyasət ölkələrin mənfəətləri üzərində qurulur. Qərbdəki suveren ölkələr bu gün döyüşür, sabah əl sıxır. Onlar Suriya ilə qonşu deyil, bizim isə qonşuyuq. Suriya xalqı xəyanəti unutmaz. Türkiyə hərbi müdaxilədə üzərinə rol göturməməlidi. Tarixdən dərs almağımız lazımdı. Səhvləri təkrarlamaq lazım deyil. Suriyaya daha müasir bir ölkə olması üçün kömək edək, dəstəkləyək. Qərbdəki suveren güclərin oyuncağı olmayaq. Hərbi müdaxilə məsələsinə qarışmayaq. Əgər Suriyaya hərbi müdaxilə olarsa, bunun məsuliyyəti Qərbdəki suveren ölkələrin üzərinə düşəcək. Bunu hamı bilir. Suriya Yaxın Şərqdə çox vacib bir ölkədir”.

8 Avqust, 2011  17:01 Baxılıb: 965

Bu bölmədə