Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ Suriyaya qarşı yeni sanksiyalar barədə düşünür

Əksər suriyalı xarici hərbi qüvvələrin ölkəyə müdaxiləsinin əleyhinədir

ABŞ Suriyaya qarşı əlavə birtərəfli və çoxtərəfli sanksiyaların tətbiqinin mümkünlüyünü nəzərdən keçirir. Bunu ABŞ-ın Suriyadakı səfiri Robert Ford da təsdiqləyib.

Simsar.az-ın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, o, bir neçə gün əvvəl məsləhətləşmələr üçün Vaşinqtona dəvət edilmişdi və artıq Dəməşqə qayıdır.

Suriyadakı kütləvi etiraz aksiyalarının iştirakçılarına qarşı rəsmi Dəməşqin zorakılıq tətbiq etməsinə son qoymasına nail olmaq məqsədi ilə ABŞ hökümətinin bu ölkəyə qarşı təzyiqlərin artırılmasının mümkünlüyü haqda suala cavabında Ford deyib: “Biz təzyiqi artırmağa cəhd etməyə hazırlaşırıq... Suriya hökümətini dinc aksiya iştirakçılarına atəş açmaqdan imtina etməyə, siyasi məhbusları azad etməyə və həbslər kampaniyasına son qoymağf məcbur edə biləcək birtərəfli və tərəfdaşlarımızla birgə əlavə tədbirlərin görülməsinə dair imkanları nəzərdən keçiririk”. Lakin diplomat konkret hansı tədbirlərdən söz getdiyini açıqlamayıb.

Eyni zamanda Ford iddia edirdi ki, ABŞ və AB tərəfindən Suriyanın əhəmiyyətli simalarına qarşı tətəbiq edilən ünvanlı sanksiyalar artıq səmərə verməkdədir. Səfir bildirib ki, belə şəxslərdən bəziləri artıq onlarla əlaqə qurmağa cəhd göstərirlər. Lakin Ford yenə də konkret adlar çəkməyib.

O deyib ki, ABŞ höküməti Liviya və Suriyada baş verənlər arasında paralellər aparmır və bu iki ölkədəki hadisələr tam fərqlidir.

Səfir bildirib ki, əksər suriyalı xarici hərbi qüvvələrin ölkəyə müdaxiləsinin əleyhinədir: “Onlar Amerikanın hərbi müdaxiləsini istəmirlər. Mən bunu xüsusən qeyd etmək istəyirəm”.

Sonda o vurğulayıb ki, Vaşinqton Dəməşqin Xamada “silahlı dəstələrin” mövcudluğu haqda çıxışlarına inanmır: “Suriya höküməti yalan danışır. Amerika hökümətinin fikrincə, Əsəd artıq legitimliyini itirib. Amerikanın maraqları baxımından onun hakimiyyətdə qalmasını zəruri hesab etmirik”.

8 Avqust, 2011  16:58 Baxılıb: 964

Bu bölmədə