Simsar.az | bizi özünüzə Simsar bilin
MƏKKƏ - İSTANBUL DƏMİR YOLU BƏRPA OLUNACAQ

Artıq sürət qatarı ilə 24 saata İstanbuldan Məkkəyə getmık mümkün olacaq

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında olan İstanbul – Məkkə dəmiryolu 100 illik fasilədən sonra yenidən işə salınacaq. Təməli 1900-cü il sentyabrın 1-də atılan və Sultan II Əbdülhəmidin ən böyük layihələrindən biri olan dəmiryolunun bərpası ilə İstabul – Məkkə arası 24 saat olacaq. Qeyd edək ki, 1904-cü ildə mərhələli şəkildə istifadəyə verilən və 4 ölkədən keçən 2 241 km-lik dəmiryolu daha sonra ingilislər tərəfindən sıradan çıxarılıb. Məlumata görə, illik 2 milyon sərnişinin istifadə edəcəyi bu layihə Qırmızı dəniz sahillərini də əhatə edəcək.

8 Avqust, 2011  16:03 Baxılıb: 1594

Bu bölmədə