Simsar.az | bizi özünüzə Simsar bilin
ƏLİ ABDULLA SALEH ÖLKƏSİNƏ QAYITMAYACAQ

Yəmən prezidenti hələlik Səudiyyə Ərəbistanında yaşayacaq

Yəmən prezidenti Əli Abdulla Saleh müalicə aldığı xəstəxanadan buraxılıb. Lakin o, Səudiyyə Ərəbistanında qalacaq. Xatırladaq ki, iyunun əvvəlində prezident iqamətgahına müxalifət tərəfdarlarının hücumu zamanı Əli Abdulla Saleh qəlpə yaraları və yanıq xəsarətləri alaraq, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada getmişdi. Prezident orada 8 dəfə əməliyyat olunub. Hücum nəticəsində Yəmənin baş naziri Əli Məhəmməd Mücavər də yaralanmışdı.

Yəməndə anti-hökumət nümayişləri bir neçə aydır davam edir.

8 Avqust, 2011  13:33 Baxılıb: 1012

Bu bölmədə