Simsar.az | bizi özünüzə Simsar bilin
ƏRDOĞAN: "MƏN DAKKA DUKKA"

"Suriya bizim daxili məsələmizdir"

Rəsmi Ankara Suriyada qırğının başa çatması və sabitliyinin bərpası üçün qollarını çırmalayır.

Xarici işlər naziri Əhməd Davudoğlu Avqustun 9-da Suriya rəhbərliyi ilə danışıqlar aparmaq üçün Dəməşqə gedir. Baş nazir Rəcəb Tayyib Ərdoğan İstanbulda Birlik dərnəyində çxış edərkən bu barədə məlumat verib.

Baş nazir Suriya probleminin Türkiyə üçün xarici yox, daxili problem kimi qiymətləndirib.

"Zülmlə heç bir nəticə əldə etmək olmaz"- deyən Ərdoğan, Misirin sabiq prezidenti Mübarəkə işarə vuraraq, "Vaxtilə insanları dəmir qəfəsdə mühakimə edənlərin indi özləri dəmir qəfsdədir" mesajını verib.

Afrikadakı kütləvi aclığa da toxunan Türkiyə hökümət başçısı insanlıq naminə bütün dünya ölkələrinin səfalətin hökm sürdüyü ölkələrə yardıma çağırıb və xatırladıb ki, Ankaradan Humanitar yardım daşıyan karqo təyyarəsi artıq Moqadişuya yola düşüb...

7 Avqust, 2011  18:48 Baxılıb: 1029

Bu bölmədə