Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Administrasiyasının rəsmisi: "DAK-da mənəm-mənəmlik var"

DAK-ın yekdil proqram və nizamnaməsi yoxdur - Prezident Administrasiyasının rəsmisi

Dünya Azərbaycanlıları Konqresində mütəmadi olaraq baş verən qarşıdurma və parçalanmaların başlıca səbəbi bu qurumun vahid nizamnamə və proqramının olmamasıdır. Bu fikirləri Simsar.az-a Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib.

O, son günlər DAK-da baş verən proseslərə münasibət bildirərkən deyib ki, konqresin hər qurultayında bu məsələ qaldırılsa da, yalnız nizamnaməyə müəyyən dəyişikliklər etməklə problem həllini tapmamış qalır: “Nəticədə yekdil, kollegial formada DAK-ı operativ idarə etmək imkanı yaradan rəhbər orqanlar seçilmir. Qurumun proqram və nizamnaməsində sədr, İdarə Heyəti, Nəzarət Təftiş Komissiyası, məclis üzvlərinin konkret vəzifələri müəyyənləşdirilmir. Bu da ayrı-ayrı orqanların daha çox səlahiyyət əldə etmək niyyətini ortaya qoyur, DAK-ım parçalanmasına gətirib çıxarır”.

Q.Əliyev vurğulayıb ki, bütün tərəflərin nümayəndələri ilə söhbətləri olub və hər bir tərəfin eyni mövqedə olduğu müəyyənləşib: “Bu insanların arasında ideologiya ilə bağlı kəskin fikir ayrılığı yoxdur. Lakin həmin qurumda mənəmmənəmlik, liderliyə can atmaq iddiaları var. Hazırda DAK-ın rəhbərliyində təmsil olunan şəxslər ilk əvvəl papaqlarını qarşılarına qoyub dərk etməlidirlər ki, onlar bir ictimai təşkilatın rəhbərliyinə seçiliblər. Bu da onlara heç bir üstünlük vermir”.

6 Avqust, 2011  16:32 Baxılıb: 932

Bu bölmədə