Simsar.az | bizi özünüzə Simsar bilin
MEDVEDYEV ƏLİYEVDƏN SONRA SƏRKİSYANLA GÖRÜŞƏCƏK

Medvedyevin avqustun 9-da Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra bu ayın 12-də Ermənistan prezidenti Serj Sərkisyanla da görüşü nəzərdə tutulub.

Rusiya prezidentinin Sərkisyanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının avqustun 12-də Qazaxıstanda nəzərdə tutulan toplantısında təkbətək görüşəcəyi bildirilir.


Qeyd edək ki, Medvedyev prezident İlham Əliyevi avqustun 9-da Soçiyə dəvət edib. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durumun müzakirə olunacağı ehtimal edilir.

Xatırladaq ki, Rusiya prezidenti ötən ay Azərbaycan və Ermənistan prezidentlərinə Qarabağ münaqişəsinin həlli ilə bağlı məktub göndərmişdi. Azərbaycan prezidentinin həmin məktuba cavabını xarici işlər naziri Elmar Məmmədyarov Rusiya prezidentinə çatdırmışdı.

6 Avqust, 2011  16:32 Baxılıb: 974

Bu bölmədə