Simsar.az | bizi özünüzə Simsar bilin
Timoşenko xalqa müraciət etdi

"Ukrayna xalqının da məhkəməsi olacaq"

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko artıq həbsdədir. Yerli “Korrespondent.net” saytının verdiyi xəbərə görə o, 2000-ci ildə saxlanıldığı həbsxana gətirilib. 242 saylı kamera „eurotəmir“dən təzə çıxıb və bütün zəruri imkanlara malikdir. Üstəlik bu kameranın pəncərəsi də var. Halbuki həmin həbsxananın digər kameralarında bu da yoxdur.


Maraqlıdır ki, Yuliya Timoşenko həbs olunacağını bilib. Əvvəlcədən Ukrayna xalqına video-müraciət də hazırlayıb. Müraciətdə deyilir: ”Yanikoviçin satılmış məhkəmələrindən daha ali məhkəmələr də var. Avropa Məhkəməsində mənim haqlı olmağım sübut olunacaq. Ukrayna xalqının da məhkəməsi olacaq,hansı ki,mənim siyasi baxımdan haqqlı olmağımı təsdiq edəcək. Bunlardan daha ali məhkəmə də var. O, Allahin məhkəməsidir. Orada iqtidarda olamaq və ya pul haqsızlara bəraət qazandıra bilmir”.

Müracətdən görünür ki,sabiq baş nazir ona müxtəlif ölkələrdən gələn siyasi siğınacaq təkliflərindən imtina edib: ”Gedib ailəmlə rahat yaşaya bilərəm. Amma vətənimi bu yırtıcılara qoyub getməyə haqqım yoxdur”.

6 Avqust, 2011  16:14 Baxılıb: 984

Bu bölmədə