AZƏRBAYCANDA SAXTA TİKİNTİ MATERİALLARI İSTEHSAL OLUNUR
"Mətin A" və "Mətanətli AB" adlı kafel və metlax yapışdırıcılarının satıldığı müəyyən edilib Saxta tikinti materiallarının satışı ilə bağlı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə daxil olmuş müraciət əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Z.Tağıyev küçəsində Bayram Rüstəmova və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 56 ünvanında Elxan Nərimanova məxsus mağazalarda kafel və metlax yapışdırıcılarının satışının qanunauyğunluğu yoxlanılıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yoxlam zamanı uyğunluq sertifikatı və mənşəyi məlum olmayan, etiketində istehsal tarixi və çəkisi göstərilməyən saxta “Mətin A” və “Mətanətli AB” adlı kafel və metlax yapışdırıcılarının satıldığı müəyyən edilib.
6 Avqust, 2011 02:31 ⁄ Baxılıb: 2135
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |