Simsar.az | bizi özünüzə Simsar bilin
YULİYA TİMOŞENKO HƏBS OLUNDU!

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun həbs ediləcəyinə dair xəbərlər, nəhayət təsdiqlənib.

Sabiq baş nazirin bu gün keçirilən məhkəməsində hakim onun həbsinə qərar verib.

Xatırladaq ki, prokuror hələ ötən həftə Timoşenkonun həbsini istəsə də, hakim bundan imtina etmişdi.

Timoşenko hökumətə başçılıq etdiyi vaxt dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərini aşmaqda və sair cinayətlərdə ittiham olunur.

5 Avqust, 2011  23:51 Baxılıb: 938

Bu bölmədə