Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRK AKTYORUNDAN AZƏRBAYCANLI MODELƏ EVLƏNMƏ TƏKLİFİ

“Yaprak dökümü”nün aktyoru azərbaycanlı modellə evlənmə təklif edib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, Bolqarıstanda keçirilən “Best model of the world” yarışmasından sonra müsabiqənin prezidenti, Erkan Özərman iftar süfrəsi verib. İftar yeməyində müsabiqənin ikincisi olan modellər İbrahim Gayberi və azərbaycanlı model Günay Musayeva, “Best model of Europe” mükafatını alan Songül Erol, məşhur aktyor Tolqa Karel və başqaları da iştirak edib.

“Yaprak dökümü” serialında Oğuz obrazı ilə tanınan Tolqa Karel tanışlıqlarından üç gün sonra Günay Musayevaya evlənmək təklifi edib. Günay isə ona belə cavab verib: “Səni hələ tanımıram. Məndən müsbət cavab gözləmə”.

Bu cavaba baxmayaraq, “həyatımda radikal qərarlar verirəm, hər an evlənə bilərəm”, – deyən aktyor model sevgilisinin yanından bir an belə ayrılmır.

5 Avqust, 2011  19:44 Baxılıb: 1274

Bu bölmədə