Simsar.az | bizi özünüzə Simsar bilin
QƏDDAFİNİN OĞLU ÖLDÜRÜLÜB

Liviya müxalifətinin iddiasına görə, Hamis Qəddafi NATO-nun hava bombardmanında ölüb

Liviya müxalifəti Müammər Qəddafinin oğullarından Hamisin dünən gecə NATO-nun həyata keçirdiyi hava əməliyyatında öldüyünü bildirib.

Üsyançıların sözçüsü Məhəmməd Zevavi "Frans Press" agentliyinə verdiyi açıqlamada Liviyanın qərbindəki Zlitan qəsəbəsində həyata keçirilən əməliyyatda 28 yaşlı Hamis Qəddafi də daxil olmaqla 32 nəfərin öldüyünü deyib.

Zevavi bu məlumatın Qəddafinin yaxınlığındakı casuslardan əldə edildiyini söyləyib.

Liviya hökuməti və NATO-dan isə hələlik bu haqda açıqlama verilməyib.

Liviya ordusunda 32-ci diviziyanın başında olan Hamis paytaxt Tripoli yaxınlığındakı Zlitan qəsəbəsindəki qüvvələrə rəhbərlik edir

5 Avqust, 2011  19:32 Baxılıb: 982

Bu bölmədə