Simsar.az | bizi özünüzə Simsar bilin
İRANDA NEFT KƏMƏRİ YANIB

Cümə günü səhər Xuzistan əyalətinin Şuş Danyal şəhəri yaxınlığında İranın Cənub Regionu üzrə Milli Neft Şirkətinə məxsus boru kəmərində güclü yanğın baş verib

Bu barədə İranın /naftnews.net/ saytı məlumat verir.

Yanğın baş verən kəmər Lorestan əyalətində yerləşən Qələnar neft yatağından hasil olunan nefti Əhvaz şəhərinə, "Karun" şirkətinin emal zavoduna nəql edir.

Yanğını söndürmək məqsədilə Böhran Komitəsi yaradılıb. Hadisə yerində yanğın söndürənlər və əməliyyat qurupları yanğını söndürməyə çalışır.

İlkin məlumata görə, hadisə zamanı ölən və yaralananlar olmayıb.

5 Avqust, 2011  16:24 Baxılıb: 931

Bu bölmədə