Simsar.az | bizi özünüzə Simsar bilin
Medvedev Bəşər Əsədə göndərdiyi məktubdan danışdı

«Suriya prezidentini kədərli aqibət gözləyir»

Rusiya prezidenti Dmitri Medvedev müxalifətlə dialoqa getməyəcəkləri və islahat keçirməyəcəkləri halda Suriya iqtidarını kədərli aqibət gözlədiyini bəyan edib.

«Şəxsi ünsiyyət zamanı və Suriya prezidenti göndərdiyim məktublarda mən bir fikri irəli sürürəm: təcili olaraq islahatlar keçirmək, müxalifətlə barışmaq, vətəndaş sülhünü bərpa etmək və müasir dövlət yaratmaq lazımdır», deyə Medvedev bildirib.

«Əgər bunu edə bilməsə, onu kədərli aqibət gözləyir, çünki son nəticədə biz hansısa qərarlar qəbul etməyə məcbur olacağıq», deyə Medvedev əlavə edib.

5 Avqust, 2011  14:21 Baxılıb: 970

Bu bölmədə