Simsar.az | bizi özünüzə Simsar bilin
Jan Klod van Dammı təyyarəyə itlə buraxmadılar

Hollivud aktyoru Jan-Klod van Dammın Rusiyanın Soçi şəhərində avqustun 4-də jurnalistlərlə planlaşdırılan görüşü baş tutmayıb.

Simsar.az-ın məlumatına görə, Tailandın paytaxtı Banqkokdan Soçiyə uçan təyyarəyə itlə minmək istəyən van Dammı buraxmayıblar. 

Onu kurort şəhərinə qaydasız döyüş üzrə dəfələrlə dünya çempionu Fyodor Yemelyanenko dəvət edib. Van Damm Soçidə qarışıq döyüşlər üzrə “Platforma S-70” turnirində qonaq qismində iştirak etməli idi. Hazırda Banqkokda dostu ilə birgə olan məşhur aktyor təyyarəyə minərkən hava limanı əməkdaşları onun dostunun itinin də içəri keçməsinə razı olmayıblar. Bu səbəbdən, van Damm uçuşa ləngiyib. Lakin təşkilatçılar onun sabahadək Soçidə olacağına ümid edirlər.

5 Avqust, 2011  01:36 Baxılıb: 1144

Bu bölmədə