Simsar.az | bizi özünüzə Simsar bilin
SOSİAL ŞƏBƏKƏLƏR SOSİAL PROBLEMLƏRƏ SƏBƏB OLUR

Virtual məkan genişləndikcə internetdə mövcud olan sosial şəbəkələr də genişlənməkdədir.

Virtual məkan genişləndikcə internetdə mövcud olan sosial şəbəkələr də genişlənməkdədir. Bunun müsbət tərəfləri olsa da, kifayət qədər fəsadları da var. Oksford Universitetinin tədqiqatçıları bu fəsadların nədən ibarət olduğunu araşdırıblar. Araşdırmanın ümumi nəticəsi bundan ibarətdir: sosial şəbəkələr gənclərin qürurlu və məqsədsiz böyümələrinə səbəb olur; eyni zamanda gənclərin şəxsiyyətlərinin formalaşmasına mənfi təsir edir.



Tədqiqat qrupunun rəhbəri, professor Barones Qrinfildin fikrincə, sosial şəbəkələr insanları şablonlaşdırır. “Bir insan niyə başqasının səhər yeməyində nə yediyi və ya haraya getdiyi ilə maraqlansın ki? Bu, ona bənzəyir ki, bir uşaq durmadan anasına: “Ana, bax, bunu mən elədim. Ana, bax, bu işi də görə bilirəm”,- deyir”,- Qrinfild söyləyir.

Mütəxəssislərin fikrincə, sosial şəbəkələrdən çox istifadə edən insanlarda diqqət dağınıqlığı, ani xoşbəxt olmaq istəyi və sözsüz ünsiyyət arzusu əmələ gətirir.



Hər “Feysbuk” istifadəçisinin 120 virtual dostu var

Dünyada “Feysbuk” (Facebook) sosial şəbəkəsindən 750 milyondan çox insan istifadə edir. Onlar həftə ərzində 3,5 milyard müxtəlif məzmunlu mesaj (mətn, foto və ya video) paylaşırlar. Hər “Feysbuk” istifadəçisinin ortalama olaraq 120 virtual dostu var. İstifadəçilər şəbəkəyə 2010-cu ildə hər 20 dəqiqədə 2,7 milyondan çox fotoşəkil yükləyib, 1 milyondan çox link paylaşıb, 7,6 milyon səhifəni bəyənib.

Maraqlıdır ki, ötən il 43,9 milyon “Feysbuk” istifadəçisi profilini dəyişdirərək, sosial statusunu “subay” qeyd edib./zaman.az

4 Avqust, 2011  22:43 Baxılıb: 1141

Bu bölmədə