Simsar.az | bizi özünüzə Simsar bilin
Ayaz Mütəllibov vətənə qayıda bilər

Bununla bağlı prezidentin "hə" deməsi kifayətdi

Azərbayacanın keşmiş prezidenti Ayaz Mütəllibovun Azərbaycana qayıtmaq istəməsi ilə bağlı Prezident İlham Əliyevə göndərdiyi müraciət yenidən siyasi gündəmdə özünə yer alıb. Bir sıra məlumatlara görə, eks-prezidentin Bakıya qayıtması üçün hakimiyyətlə aparılan danışıqlarda müsbət nəticələr əldə edilib. Danışıqlar xüsusən Sosoialist İnternasionaının baş katibi Luis Ayallonun Azərbayacan səfəri zamanı Prezidentlə görüşündə Ayaz Mütəllibovla bağlı müzakirə aparmasından sonra fəallaşıb. Modern.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə eks-prezidentin vətənə qayıdışını istisna etməyib.

“Yaxın zamanlarda Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində Ayaz Mütəllibov Azərbaycana dönəcək”-deyə ASDP həmsədri qısa, lakin maraqlı açıqlama ilə çıxış edib.

Eks-prezident 73 yaşlı Ayaz Mütəllibov artıq 19 ildir ki, Moskvada yaşayır.

1992-ci ilin mayın 14-də Milli Məclisin Xocalı faciəsini araşdıran komissiyası onun bu qətliamda günahı olmadığını elan edəndən sonra A.Mütəllibov təntənəli şəkildə hakimiyyətə qayıdıb. Lakin onun hakimiyyəti bir gün çəkib. Bir gün sonra AXC onun qayıdışını qeyri-qanuni elan edərək başladığı etiraz yürüşü nəticəsində Mütəllibov hərbi təyyarədə Bakını tərk edərək Moskvaya gedib.

Moskvada yaşasa da, ölkənin siyasi həyatından kənarda deyil. Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədridir. Bir neçə dəfə vətənə qayıtmaqla bağlı Prezident İlham Əliyevə müraciət etsə də, nəticəsi olmayıb. Sonuncu dəfə belə xahişlə Sosialist İnternasionalının rəhbəri Luis Ayalla Bakıda olarkən Prezident İlham Əliyevə müraciət edib.


O zaman Luis Ayallona deyilib ki, Milli Məclisdə "Eks-prezidentlər haqqında” qanun qəbul edildikdən sonra Ayaz Mütəllibovun taleyinə aydınlıq gətiriləcək. Bir neçə ay əvvəl ASDP-nin həmsədri Araz Əlizadə Modern.az-a açıqlamasında qeyd etmişdi ki, Ayaz Mütəllibovun vətənə qayıdışı ilə bağlı prezidentə etdiyi müraciət cavabsız qalıb. Onun indiki açıqlamasından hiss olunur ki, bu yöndə müsbət nəticələr əldə edilib.

Qeyd edək ki, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev ötən ay brifinq zamanı Azərbaycanda “Eks-prezidentlər haqqında” qanun layihəsinin hazırlandığını bildirib. O, hazırda sənəd üzərində iş aparıldığını və qanun layihəsinin MM-in 2012-ci ilin yaz sessiyasında müzakirəyə çıxarıla biləcəyini söyləyib.

ASDP sədri A.Əlizadə bu qanunun qəbul ediləcəyinə inanır.

Modern.az 

4 Avqust, 2011  21:35 Baxılıb: 961

Bu bölmədə