Simsar.az | bizi özünüzə Simsar bilin
Sarkozinin Azərbaycana səfəri gözlənilir

Səfər oktyabrda gerçəkləşə bilər

Fransa prezidenti Nikola Sarkozinin bu il oktyabrın əvvəlində Azərbaycana səfəri gözlənilir.

SalamNews diplomatik mənbələrə istinadən xəbər verir ki, bu, Fransa dövlət başçısının Azərbaycana ilk səfəri olacaq.

Bildirək ki, N.Sarkozi əvvələr dəfələrlə Ermənistana səfərini təxirə salıb. O, bu dəfə regiona səfəri çərçivəsində Ermənistanda da olacaq. Fransa prezidentinin Gürcüstana gedəcəyidə bildirilir.

Fransa ATƏT-in Minsk qrupuna daxil olduğu üçün, Bakıda keçiriləcək görüşlərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi barədə olacaq.

4 Avqust, 2011  20:32 Baxılıb: 1021

Bu bölmədə