Simsar.az | bizi özünüzə Simsar bilin
Ərdoğan bu gün qərarını açıqlayacaq

Həbsdəki general və admiralların vəziyyəti Şurada gərginlik yaradıb

Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanın sədrliyi ilə 3 gündür davam edən Ali Hərbi Şuranın iclasında "Balyoz" hadisələri ilə bağlı həbsdə olan və rütbəsi yüksəldiləcəklərin siyahısında adı olan 14 general və admiralın vəziyyətinin həlli zamanı gərginlik yaranıb.

Simsar.az Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, şuranın qərarları bu gün açıqlanacaq. Həbsdə saxlanılan 14 generalın istefaya göndərilməsi gözlənilirdi, amma yayılan son məlumatlara görə, yeni baş qərargah rəisinin mövqeyini gücləndirmək məqsədilə onların istefaya göndərilməsi məsələsi rütbələrində qalmaqla 1 illik təxirə salınıb.

Baş qərargah rəisi, ordu generalı İşıq Koşaner və komandirlərin istefa qalmaqalının kölgəsində toplanan Ali Hərbi Şuranın 3 gün davam edən gərgin iclasları dünən tamamlanıb.

Şurada alınan qərarların milli müdafiə naziri İsmət Yılmaz və baş qərargah rəisi vəzifəsini icra edən general Necdet Özel tərəfindən bu gün yerli vaxtla saat 11.00-da Türkiyə prezidenti Abdullah Gülün təsdiqinə təqdim edilməsi gözlənilir. A.Gül bu qərarları təsdiqlədikdən sonra baş qərargah rəisi tərəfindən bu gün ictimaiyyətə açıqlanacaq.

4 Avqust, 2011  16:41 Baxılıb: 948

Bu bölmədə