Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRKİYƏ ALİ HƏRBİ ŞURASININ TOPLANTISI BAŞA ÇATIB

Şuranın qərarları sabah prezident Abdullah Gülə təqdim olunduqdan sonra ictimaiyyətə açıqlanacaq

Türkiyə Ali Hərbi Şurasının iclası başa çatıb.Avqustun 1-də başlayan toplantıda Silahlı Qüvvələrdə ən yüksək postlara yeni təyinatlar, generalların təqaüdə göndərilməsi, orta və ali zabit heyətinə yeni rütbələrin verilməsi, ordu nizamnaməsini pozan hərbçilərin Silahlı Qüvvələrdən xaric edilməsi kimi məsələlər müzakirə olunub. Ali Hərbi Şuranın qərarları sabah prezident Abdullah Gülə təqdim olunduqdan sonra ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları komandanlarının adları da Ali Hərbi Şuranın iclasında müəyyənləşəcək.

4 Avqust, 2011  03:57 Baxılıb: 923

Bu bölmədə