Simsar.az | bizi özünüzə Simsar bilin
Üç müxalifət partiyası bir arada

Onlar yeni güc birliyi axtarışında

Avqustun 3-də Vətəndaş və İnkişaf (VİP), Klassik Xalq Cəbhəsi (KXCP) və Liberal Partiyaların (ALP) sədrləri toplantı keçiriblər.

 Bu barədə Simsar.az-a məlumat verən VİP sədri Əli Əliyev bildirib ki. Görüşdə məqsəd müxalifətin 8 partiyadan ibarət geniş tərkibli birliyinin yaradılması istiqamətində görülən son işlərlə tanışlıq olub. Onun sözlərinə görə, Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü və 6 partiyanın iştirakı ilə aparılan danışıqlarda qərara alınmışdı ki, KXCP sədri Mirmahmud Mirəlioğlu həmin görüşdə iştirakdan imtina edən Müsavat və AXCP rəhbərliyi ilə danışıqlar aparsın: “Biz də Mirmahmud bəylə bu istiqamətdəki son məlumatları müzakirə etmək üçün bir araya gəldik. Çox güman ki, yaxın gələcəkdə Mirmahmud bəy adı çəkilən partiyaların rəhbərləri ilə görüşüb, 8 partiyanın iştirakı ilə müxalifətin geniş tərkibli birliyinin yaranmasını müzakirə edəcək”.


Ə. Əliyev onu da qeyd edib ki, yaxınlarda 6 partiyanın sədrlərinin yenidən görüşərək, birlik istiqamətində atılan son addımları müzakirə edəcək.

3 Avqust, 2011  22:31 Baxılıb: 893

Bu bölmədə