Simsar.az | bizi özünüzə Simsar bilin
Təhminə rolunun ifaçısı xəstəxanada

Meral Konrad əsəb sarsıntısı keçirib

Türkiyəli aktrisa Meral Konrad əsəb sarsıntısı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa “Gizemli Yol” (“Sirli yol”) serialının çəkiliş prosesində xoşagəlməz halla üzləşib. 

Çəkiliş prosesi zamanı pavilyona ilan daxil olub. Serialda bir səhnədə çəkilməli olan “Star” adlı ilan saxlandığı qəfəsdən çıxaraq aktyor heyətini qorxuya salıb. Aktyorlar arasında ən qorxan isə Meral Konrad olub. İlan fobiası olan Meral Konrad sürünənin stolunun altına girdiyini görüncə əsəb sarsıntısı keçirərək huşunu itirib. Aktrisa yoldaşlarının bütün səylərinə baxmayaraq özünə gəlməyərək xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, Meral Konrad azərbaycanlı kino həvəskarlarına da yaxşı tanışdır. Meral xanım Rasim Ocaqovun rejissoru olduğu, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri əsasında çəkilmiş “Təhminə” filmində eyniadlı obrazı canlandırıb.

3 Avqust, 2011  20:47 Baxılıb: 1184

Bu bölmədə