Simsar.az | bizi özünüzə Simsar bilin
Hüsnü Mübarəkə xüsusi qəfəs

Diktator barəsində edam cəzası çıxarıla bilər 

Korrupsiya və adam öldürməkdə ittiham olunan Misirin devrilmiş lideri Hüsnü Mübarəkin məhkəməsinin ilk iclası bu gün keçiriləcək.

Simsar.az saytının haber7.com-a istinadən verdiyi xəbərə görə,
Mübarək üçün qəfəs hazırlanıb. Televiziya kanalları vasitəsilə canlı yayımlanacaq məhkəmə prosesinin binasını 3 min polis qoruyacaq.

Hüsnü Mübarək hakimiyyətinin devrilməsi məqsədilə 18 günlük mitinqlər zamanı insan ölümünə səbəb olan hərəkətlərdə günahkar bilinir. Onun hakimiyyətinin devrilməsinə gətirib çıxaran mitinqlərdə Misirdə ümumilikdə 850 nəfərə yaxın etirazçı ölüb.

Məhkəmə əvvəli gərginlik

Məlumatda bildirilir ki, keçmiş prezidentin məhkəməyə gəlməsi küçələrdə vətəndaşlar arasında silahlı qarşıdurma yaradıb. Qahirədə Polis Akademiyasının qarşısında toplanan Mübarək tərəfdarları ilə əleyhdarları qarşı-qarşıya gəliblər. Silahlı qarşıdurma olub. Ölən və yaralananlar barədə xəbər verilmir..

Edam qərarı

Mühakimə müddəti bitdikdən sonra, 83 yaşını keçmiş lider etirazçıların öldürülməsində günahkar bilinsə, edam cəzasına məhkum olunacaq.

Aynurə Həsənova

3 Avqust, 2011  18:27 Baxılıb: 959

Bu bölmədə