Simsar.az | bizi özünüzə Simsar bilin
İTALİYA ÇADRANI QADAĞAN EDİR

Artıq ölkə parlamenti bununla bağlı qanun layihəsi hazırlayıb

Avropanın bir sıra ölkələri kimi İtaliyada da çadranın ictimai yerlərdə geyilməsini qadağan edən qanun layihəsi hazırlanıb. "Guardian”nın verdiyi xəbərə görə, İtaliya qanunverici orqanı layihəni yay tətilindən sonra nəzərdən keçirəcək.

Qeyd edək ki, müvafiq qaydalar artıq Fransa, Belçika və İspaniyanın bir sıra regionlarında tətbiq edilir. Bu ölkələrdə çadralı və ya üzübağlı olan qadınlar 300 avro həcmində cərimə olunurlar. Lakin qadın çadra geyinməsinə məcbur ediməsi fakta aşkar edilərsə, bu halda həmin şəxslər 30 min avro cərimə ödəməli və ya 1 il həbs cəzası çəkməlidir.

3 Avqust, 2011  18:21 Baxılıb: 956

Bu bölmədə