Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan “Facebook”da Gürcüstan və Ermənistanı geridə qoyur

Ölkədə 411 840 nəfər istifadəçisi var

2011-ci il iyunun 30-na olan məlumata görə, Azərbaycanda 411 840 nəfər “Facebook” istifadəçisi var.

Simsar.az-ın “İnternet World Stats”un hesabatına əsasən verdiyi xəbərə görə, Azərbaycan “Facebook” sosial şəbəkə istifadəçilərinin sayına görə Ermənistanı (180 100) geridə qoyur, Gürcüstandan (630,840) isə geri qalır.

Hesabata əsasən, Azərbaycanda ümumi internet istifadəçilərinin sayı isə 3 mln. 689 min nəfərdir.

Qeyd edək ki, “Facebook” şəbəkəsi 2004-cü il fevralın 4-də fəaliyyətə başlayıb, bu gün dünyanın 60 dilində xidmətlər göstərir.

Ramil

3 Avqust, 2011  18:06 Baxılıb: 1069

Bu bölmədə