Simsar.az | bizi özünüzə Simsar bilin
Xaricdəki azərbaycanlı hərbiçilər Bakıda toplanıb

Toplantı 2 gün olacaq

Avqustun 3-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrinin Bakı şəhərində toplantısı olub.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən toplantıda giriş nitqini Müdafiə Nazirliyi beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov edərək Silahlı Qüvvələrin beynəlxalq əməkdaşlıq fəaliyyətini geniş təhlil edib. 

Toplantıda Silahlı Qüvvələrin ikitərəfli əməkdaşlıq fəaliyyəti, hədəflər, əsas istiqamətlər və prioritetlər müzakirə edilib, aparılan islahatlardan danışılıb.

Bundan başqa Azərbaycan Respublikasının müdafiə sənayesinin potensialı və başqa məsələlər haqqında hesabat və müzakirələr edilib.

Qeyd edək ki, toplantı avqustun 5-dək davam edəcək.

3 Avqust, 2011  17:54 Baxılıb: 1012

Bu bölmədə