Simsar.az | bizi özünüzə Simsar bilin
İbrahim Tatlısəs sağalır

Müğənni iflic olan sol qolunu oynatmağa başlayıb

Silahlı hücum nəticəsində başından yaralanan və 142 gündür müalicə alan türkiyəli sənətçi İbrahim Tatlısəs iflic olan sol çiynini oynatmağa başlayıb.

Simsar.az saytının haber7.com-a istinadən verdiyi xəbərə görə, Romatem Darüşşafaka Fizika Müalicə və Reabilitasiya Mərkəzində 62 gündür müalicə alan İbrahim Tatlısəsin səhhəti gün keçdikcə yaxşıya doğru dəyişir. Həkimlər müğənniyə iflic olan sol qolununun yenidən köhnə halına qayıdacağını bildiriblər : “İbrahim Tatlısəsin yaxşılaşma prosesi digər xəstələrə nisbətən daha sürətlə inkişaf edir”.

İ.Tatlısəsi müalicə edən həkimlər də baş vermiş hadisəni müsbət qiymətləndirir. Tatlısəsin özü isə çox sevinir və əsl bayram əhval-ruhiyyəsindədir.

2 Avqust, 2011  21:16 Baxılıb: 1097

Bu bölmədə