Simsar.az | bizi özünüzə Simsar bilin
Obama dünya müsəlmanlarını təbrik etdi

“Səbirsizliklə Ağ Evdə, bir daha iftar məclisi təşkil etmək anını gözləyirəm”

Birləşmiş Ştatlar prezidenti Barak Obama Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir: “Ramazan ayının başlanılması ilə əlaqədar mən və Mişel Birləşmiş Ştatlardakı müsəlman icmalarına və dünya boyunca yaşaya müsəlmanlara ən xoş arzularımızı çatdırmaq istərdik. Ramazan dünya müsəlmanları tərəfindən aylar ərzində intizarlar gözlənilən bir bayram zamanıdır. Ailələr və icmalar ibadət və iftar üçün bir araya gəlməyin xoşbəxtliyini bölüşürlər. Rabatdan tutmuş Cakartaya kimi bir çox şəhərlərdəki bazarlar gecələr işığa qərq olur. Və burada, Birləşmiş Ştatlarda Amerikalı müsəlmanlar Ramazan ənənələrini öz qonşuları, həmkarları və tələbələri ilə bölüşürlər.

Dünya boyunca bir çox müsəlman üçün Ramazan dərin düşüncə və fədakarlıq zamanıdır. Digər dinlərdə olduğu kimi orucluqdan əxlaq, intizam və Allah rəhminin dərki üçün bəhrələnilir. Bu, habelə ağır durumda olan şəxslərə əl uzatmağın nə dərəcədə vacib olduğuna dair bir xatırlamadır. İndi bütün millət və xalqlar üçün bir araya gəlib daha pis faciəni önləmək və aparılan xilasetmə səylərinə dəstək və yardım etmək zamanıdır. Belə bir vaxt bizə bütün böyük dinlərin, o cümlədən islamın, örnəklərini xatırladır - digərləri ilə elə rəftar elə ki, onlar da səninlə o cür rəftar etsinlər. Belə bir əhval-ruhiyyədə dünya müsəlmanlarına xeyirli ay arzu edir və səbirsizliklə burada, Ağ Evdə, bir daha iftar məclisi təşkil etmək anını gözləyirəm”.

2 Avqust, 2011  16:25 Baxılıb: 891

Bu bölmədə