Simsar.az | bizi özünüzə Simsar bilin
"HƏR HANSI TƏŞVİŞ ÜÇÜN ƏSAS YOXDUR"

Samir Şərifov Amerika Birləşmiş Ştatlarında müflisləşmə təhlükəsi ilə bağlı məsələyə münasibət bildirib

Azərbaycanın maliyyə naziri Samir Şərifov son bir ay ərzində Amerika Birləşmiş Ştatlarında müflisləşmə təhlükəsi ilə bağlı məsələyə münasibət bildirib. Onun fikrincə, Birləşmiş Ştatlarda dövlət borcunun yuxarı həddi üzrə daha sıx nəzarətin həyata keçirilməsi maliyyə bazarları üçün və Amerika dollarında aktivlərini saxlayan hər bir dövlət, bank və şəxslər üçün müsbət addım kimi qarşılanmalıdır.

Samir Şərifov Dövlət Neft Fondu və ya Mərkəzi Bank vasitəsilə Amerika Birləşmiş Ştatları hökumətinin qiymətli kağızlarında yerləşdirdiyi vəsaitlərlə bağlı hər hansı təşviş üçün heç bir əsas olmadığını vurğulayıb.

2 Avqust, 2011  16:15 Baxılıb: 979

Bu bölmədə