Simsar.az | bizi özünüzə Simsar bilin
Məşhur aktyorun qızı tutuldu

Hollivudun məşhur aktyorlarından olan Al Paçinonun 21 yaşlı qızı Julie Marie Paçino Nyu-Yorkda saxlanılıb.

Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, gənc qız sərxoş şəkildə avtomobil idarə etdiyi üçün tutulub. Polis aktyorun qızının bir neçə şüşə pivə içdiyini və narkotik qəbul etdiyini boynuna aldığını açıqlayıb. 


Manhetten məhkəməsində keçirilən prosesin ardınca sərbəst buraxılan Julie Marie
sentyabrın 22-də yenidən hakim qarşısına çıxacaq.


Qeyd edək ki, indiyə qədər evlənməyən 71 yaşlı Al Paçinonun 3 övladı var.

2 Avqust, 2011  03:26 Baxılıb: 1274

Bu bölmədə