Simsar.az | bizi özünüzə Simsar bilin
Abdulla Gül Suriyaya meydan oxudu

Tankları, ağır silahları dayandırın

Türkiyənin prezidenti Abdullah Gül Ramazan ayında Suriyadakı qırğınlara qarşı “yaşananlara səssiz kalınamaz” deyərək sərt təpki göstərib.

Simsar.az saytının haber7.com-a istinadən verdiyi xəbərə görə, A..Gül, Suriyada insanlara qarşı keçirilən əməliyyatların dayandırılmasını, insanların oruc tutmalarını Ramazan ayının ruhuna uyğun bir şəkildə keçirməklərini, sükunətin təmin edilməsi və köklü islahatların gerçəkləşdiriləcəyinin vacibliyini vurğulayıb.


O, Suriyada insanların Ramazan ayını qanlı bir mühitdə qeyd etməsini pisləyib. Gül, Suriya rəhbərliyini xalqa qarşı tətbiq olunan şiddəti dayandırmağa və ölkənin gələcəyini sülh və sabitlik əsasında inşa edəcək islahatları inandırıcı şəkildə sürətlə reallaşdırmağa çağırıb: "Dünən yaşanan hadisələr hamımızı dəhşətə gətirib. Qonşumuz Suriyada olub - bitənlər qayğımızı daha çox dərinləşdirib. Mübarək Ramazan ayına qədəm qoyduğumuz bir vaxtda tankların, ağır silahların xalqa qarşı istifadə edilməsi məni dərindən sarsıdıb.Tankları, ağır silahları dayandırın. Hər kəsin gözü qarşısında cərəyan edən bu şiddətə qarşı reaksiyasız qalmağımız mümkünsüzdür”.


Aynurə

2 Avqust, 2011  00:02 Baxılıb: 1036

Bu bölmədə