Simsar.az | bizi özünüzə Simsar bilin
YULİYA TİMOŞENKO HƏBS EDİLƏCƏK

Ukraynanın sabiq baş naziri avqustun 24-də həbs ediləcəyini deyib

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko həbs ediləcəyi tarixi açıqlayıb. Avqustun 24-də həbs ediləcəyini bildirən keçmiş hökumət başçısı əlavə edib ki, onun həbsi barədə məhkəməyə prezident Viktor Yanukoviç göstəriş verib.

Timoşenko jurnalistlərə açıqlamasında deyib ki, 24 avqust Ukraynanın Müstəqillik günüdür: “V. Yanukoviç isə tamamilə müxalifətin məsələsini həll etmək istəyir. Lakin mən fikirləşirəm ki, onların planları baş tutmayacaq”.

Qeyd edək ki, Timoşenkonun həbsi haqda Peçerski rayon məhkəməsi qərar çıxarıb. Bununla əlaqədar Timoşenko öz ehtimallarını bölüşdürüb. Sabiq baş nazir deyib ki, Peçerski rayon məhkəməsinə prezident administrasiyası nəzarət edir və o, bunu sübut etmək niyyətindədir. Timoşenko söz verib ki, bugünki iclasında Peçerski rayon məhkəməsini Prezident Administrasiyasından göstəriş aldğını sübut etmək üçün “Ukrainskaya pravda” qəzetinin jurnalist araşdırması aparmasını tələb edəcək.

Bu gün keçiriləcək məhkəməyə şahid qismində 5 nazirin çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonu 10 il həbs cəzası gözləyir. Yuliya Timoşenko Kioto protokolu çərçivəsində istixana qazı tullantılarına görə tətbiq olunan kvotaların satışında əldə olunan vəsaitlərin xərclənməsində ittiham edilir.

Ukrayna qanunvericiliyinə görə, Y. Timoşenkonu 3 ildən 10 ilə kimi azadlıqdan məhrum edilməklə bərabər 3 ilə kimi müəyyən vəzifə tutmaq və ya fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir.

1 Avqust, 2011  22:08 Baxılıb: 972

Bu bölmədə